Yemelyanenko Azərbaycan yığmasına gələcəkmi?
9 aprel 2010 17:11
Sambo üzrə 3 qat dünya və Aropa çempionu Aleksandr Yemelyanenko aprelin 22-də Bakıda keçiriləcək qaydasız döyüş üzrə beynəlxaq yoldaşlıq görüşünə hazırlığı davam etdirir. Azerisport.az xəbər verir ki, məşhur rusiyalı döyüşçü Avropa yığması ilə görüşəcək Azərbaycan yığmasının heyətində çıxış edəcək.
İdmançının rəsmi saytı hələ ki, bu barədə rəsmi məlumat yaymayıb. Görünür, Yemelyanenko bunu sirr kimi saxlayır. Əvəzində sayta Aleksandrın aprelin 23-də Moskvada isveçli Eddi Benqstonla döyüşəcək. Yelemyanenko və Benqston PROFC versiyasına görə ağır çəkidə dünya çempionu adı uğrunda mübarizə aparacaqlar. Maraqlıdır ki, idmançı karyerasında ilk dəfə Moskvada döyüşə çıxacaq.