Erməni bu dəfə van Dammın gözü önündə həmyerlimizə təslim oldu
Moskvada “M-1 Selection Eastern Europe” turniri baş çatıb. Turnirdə qarışıq növlər üzrə 18 döyüş baş tutub. Azerisport.az xəbər verir ki, iştirakçılar arasında 84 kq-da mübarizə aparan Şərhiyar Abbasov da olub. Həmyerlimiz turnirin alternativ döyüş bölümündə Rusiyanı təmsil edən erməni İşxak Zəkəryanla görüşüb və onu ağrıdıcı fəndlə artıq 2-ci raundda məğlub edib.
Maraqlıdır ki, böyük ajiotaj doğuran turniri izləmək üçün dünyanın hər yerindən idman və kino ulduzları da Moskvaya gəliblər. Qonaqların arasında məşhur kinoaktyor Jan-Klod van Damm, sambo üzrə 4 qat dünya çempionu Fyodor Yemelyanenko və digərləri də olub.
Bir daha xatırladaq ki, Yemelyanenkonun qardaşı Aleksandr aprelin 22-də Bakıda qaydasız döyüş üzrə beynəlxalq yoldaşlıq görüşündə Azərbaycan yığmasının heyətində Avropa yığmasına qarşı döyüşəcək.