Dünya çempionatının finalçıları məlumdur (YENİLƏNİB)
22 may 2010 23:17
Hokkey üzrə Almaniyada davam edən dünya çempionatının ilk yarımfinalında Çexiya millisi İsveç yığmasını bullitlərlə 2:1 (oyunun əsas və əlavə vaxtı 2:2 hesabı ilə başa çatmışdır) məğlub edərək, finala yüksələn ilk komanda olub.
azerisport.az xəbər verir ki, ikinci yarımfinalda Rusiya komandası olduqca gərgin keçən oyunda Almaniya millisinə əsas vaxtda 2:1 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb.
Beləliklə, finalda Rusiya ilə Çexiya milliləri qarşılaşacaqlar.