2015-ci ildə dünya çempionatı Çexiyada keçiriləcək
22 may 2010 00:17
Ötən gün Almaniyanın Köln şəhərində Beynəlxalq Hokkey Federasiyasının İllik konqresi keçirilib. Adəti üzrə, konqres dünya çempionatının təşkil olunduğu günlərə təsadüf edib.
azerisport.az xəbər verir ki, konqresin qərarına əsasən, 2015-ci ildə hokkey üzrə dünya çempionatı Çexiyanın Praqa və Ostrava şəhərlərində təşkil olunacaq.