MMA döyüşçüsü öz sparrinq-partnyorunu vəhşicəsinə öldürüb (FOTO)
1 iyun 2010 12:17

MMA (qaydasız döyüş) döyüşçüsü Cerrod Uyatt öz sparrinq-partnyoru olan Teylor Pauelli öldürüb.
azerisport.az saytı NY Daily News -a istinadla xəbər verir ki, hallüsinasiyalar (qarabasma) törədən göbələklər qatılmış çay içən Uyatt belə qərara gəlib ki, onun partnyoru şeytana uyub və Pauellin ürəyini çıxarıb, bütün üzünü eybəcər hala salıb, sonra isə bədənini tikələrə doğrayıb.