Partnyorunu parçalayan «qaydasız döyüş» ustasının işi məhkəmədədir (uşaqların oxuması məsləhət görülmür)
2 iyun 2010 13:19

Dünən oxucularımıza MMA döyüşçüsü Cerodd Uyattın törətdiyi vəhşicəsinə qətl haqda yazmışdıq. Həmin hadisənin təfərrüatları məlum olub.
azerisport.az xəbər verir ki, Kaliforniya məhkəməsi artıq bu cinayətlə bağlı işə start verib. Belə ki, Cerodd Uyatt psixotrop göbələklərin qəbulundan sonra öz sparrinq-partnyorunun şeytan olması xəyalına düşüb və onu qətlə yetirib.
Hadisə martın 23-də Klamatda baş verib. 26 yaşlı idmançı (onun aktivində peşəkar rinqdə bir qələbə var) cinayəti törətdiyi yerdə meyitin yaxınlığında qana bulaşmış və tam çılpaq aşkar olunub.
Polislər təhqiqata başlayarkən şoka düşüblər. Uyatt etiraf edib ki, hallüsinogen (qarabasma törədən) göbələklərin qəbulundan sonra partnyoru olan Teylor Pauelli şeytan kimi görməyə başlayıb. Və dərhal onu öldürmək istəyib.
Uyatt əvvəlcə bıçağı partnyorunun sinəsinə sancıb və geniş kəsik açaraq hələ sağ olan yoldaşının ürəyini çıxarıb. Lakin Uyaat əmin imiş ki, şeytan hələ də sağdır və ürəyi oda ataraq onu yandırıb. Bundan sonra Pauellin sifətini bıçaqla tanınmaz hala salıb və dilini dibindən kəsib.