Həyat yoldaşının qalmaqallı videoyazısı məşhur futbolçunu şoka salıb (FOTO)
2 iyun 2010 18:36

Məşhur futbolçu, Milli Futbol Liqasında (Amerika futbolu) çıxış edən Henk Baskett həyat yoldaşı Kendra Uilkinsonun 18 yaşında ikən çəkdirdiyi videoyazıdan şoka düşüb.
azerisport.az xəbər verir ki, Kendranın körpəsinin hələ heç bir yaşı da yoxdur və bu vaxt sözügedən videonun internetdə peyda olması onu çox utandırıb. Qadının sözlərinə görə, indi onların bütün ailəsi əziyyət çəkir – özü, həyat yoldaşı və uşaq.
Verilən məlumatlara əsasən, bu videonu Kendra Uilkinsonun özü lentə alıb. Modelliklə məşğul olan qadının sözlərinə inansaq,o vaxt gənc olub, «qanı qaynayırmış» və dostu ilə sekslə məşğul olarkən bunu lentə alıb.
İndi isə Kendra bütün ömrü boyu çalışmalıdır ki, böyüyən körpəsi heç vaxt bu video ilə qarşılaşmasın.