Nərd həvəskarlarının nəzərinə!
5 iyun 2010 16:03

Dünya çempionatına getmək və yaxşı pul qazanmaq istəyirsiniz? Onda bu yazını mütləq oxuyun!
Sabah Bakı vaxtı ilə gecə saat 00:50-də GoldfishkaNardy.com internet saytında canlı nərd yarışı keçiriləcək. Yarışın qalibi 2010-cu ilin Monte-Karloda keçirləcək nərd üzrə dünya çempionatına pulsuz vəsiqə qazanacaq. Bundan əlavə, qalib Monte-Karloya və geriyə aviabilet, viza, turnir zamanı oteldə gecələmə, nərd üzrə dünya çempionatına qatılmaq üçün giriş ödənişi və saytın təqdim etdiyi digər hədiyyələri əldə edə bilər.
O ki qaldı nərd üzrə dünya çempionatına, o, 30 ildir ki, hər il Monte-Karloda təşkil olunur. Bu, dünya üzrə ən nüfuzlu nərd yarışıdır. Bu il çempionat iyulun 11-dən 18-ə kimi keçiriləcək.
Çempionatda özü, saytdakı seçimi adlayaraq iştirak etmək istəyənlər giriş üçün 240 avro, iştirak haqqı kimi isə 1000 avro ödəməlidirlər.
İştirak etmək istəyənlərə uğur olsun!