Gürcüstanda Azərbaycan idmançısı suda batıb
26 iyul 2010 11:54
Yeniyetmələr arasında dünya çempionu Mixail Orucev Gürcüstanda faciəli surətdə həlak olub. Azerisport.az ITAR-TASS agentliyinə istinadən xəbər verir ki, 16-yaşlı idmançı Dmanissi rayonunda keçirilən Gürcüstan və Azərbaycan arasında Xalqlar dostluğun ənənəvi günlərində iştirak edib.
Azərbaycan nümayəndə heyətinin bildirdiyinə görə, tədbirin rəsmi hissəsi bitəndən sonra Orucev dostlarıylə birlikdə göl qırağına getdilər. O gölün bir sahilindən qrşıdaki sahilə kimi üzüb keçmək istəyirdi, amma bunu edə bilmədi.
"Orucevin ölümü həm onun ailəsi, həm də bütün Azərbaycan üçün böyük itkidi. O istedadlı və perspektivli idmançı idi", - nümayəndə heyətinin üzvləri bildirdi.