Dünyada ən yüksək maaşlı idmançı... cəng arabasının çaparıdı
15 avqust 2010 16:07

Dünya tarixində ən yüksək maaşlı idmançı Qay Appuley Diokldı. Azerisport.az xəbər verir ki, həmin idmançı eramızdan əvvəl 2-ci əsrdə Qədim Romada yaşayıb. Öz idman karyerası ərzində o indiki pulla desək $ 15 milyard qazanıb. Bu faktı Çikaqo Universitetinin professoru Piter Stark müəyyən edib.
Belə ki, Diokl məşhur qolfçu Tayqer Vudsu xeyli qabağlıyıb: Vuds indiki zamanda ilk idmançı idi ki, $ 1 milyard qazanmışdı. Bu 2009-cu ildə baş verib.
Diokl isə cəng arabasında məşhur cıdır meydançası olan – "Sirkus maksimus"-da çıxış edirdi. Müasir Portuqaliyadan Romaya gələn Diokl idmançı karyerasını 18 yaşından 42 yaşına kimi davam etdirib. Bu müddət ərzində o 35 863 120 sestersiya qazanıb. Bu məbləğ idmançının azərkeşləri tərəfindən heykəlin üzərində həkk olunub.
"Vuds və digər idmançılar Qədim Romada cəng arabasını çaparları ilə müqayisədə yazıq kasıblardı", - Stark dedi.
Həmçinin, o əlavə etdi ki, Qədim Romada nə reklam, nə də ki mətbuatdan gəlir yox idi. İdmançılar öz pullarını sadəcə iştirak etdiklərinə görə alırdı.
Mənbə: ITAR-TASS