Ermənilər Bakıya gəlmək istəyir
4 oktyabr 2010 17:01
Oktyabrı 20-dən 23-nə qədər Bakıda kikboksinq üzrə Avropa çempionatı keçiriləcək. Azerisport.az xəbər verir ki, bu turnirdə 31 ölkədən 720 idmançı, məşqçi və hakimlər iştirak edəcək.
Milli komandalaraın rəisi Sadıq Bağırovun sözlərinə görə, Azərbaycanın əsas rəqibləri Rusiya, Gürcüstan, Ukrayna, Serbiya, Fransa və İtaliya yığmaları olacaq.
Həmçinin Bağırov Ermənistan yığmasının da Bakıya gələcəyini istisna etmədi. "Rəsmi ərizləri oktyabrın 13-nə qədər gözləyirik. Əgər bu vaxta kimi Ermənistan federasiyasından ərizə daxil olmasa, heç bir erməni kikbosçu Bakıda çıxış etməyəcək. Bəzi erməni idmançıları Bakıya gəlmək istəyini bildirdilər. Lakin onlara baş salındıki, fərdi qaydada çıxış edə bilməyəcəklər", - Bağırov azerisport.az saytına dedi.
Qeyd edək ki, erməni idmançılar bundan öncə Bakıda keçirilmiş yarışda iştirak edib.