İdmançı buz üstütndə öldü
4 noyabr 2010 13:50
Almaniyanın "Auqsburger Panter" xokkey klubunun 19 yaşlı oyunçusu Markus Vehterun həyatı buz üstündə bitdi. Azerisport.az Milli.Az xəbər portalına istinadən bildirir ki, ölkənin yeniyetmələr arasında xokkey liqasının ötən turunda "Kaufboyner"-lə qarşılaşmanın 11-ci dəqiqəsində Vehter rəqib komandanın oyunçusunun güc fəndinə məruz qalıb.
Ağrıdan huşunu itirən Markus yıxılıb. Təcili yardım maşını ilə xəstəxanaya çatdırılıan Vehter özünə gəlməyərək ölüb.
"Baş vermiş olay hansısa qəsdin əsla yer almadığı bədbəxt hadisədir. Əfsuslar olsun ki, Markus Vehterdə ürək çatışmazlığı vardı. Bunu bizə həkimlər müayinədən sonra dedilər", - Almaniya Xokkey Federasiyasının baş katibi Frans Rayndl söyləyib.