İdmançılarımızdan üç medal
8 noyabr 2010 00:11
Bu gün Bakıda beş azərbaycanlı idmançını iştirak etdiyi bodibildinq üzrə dünya çempionatının finalları keçirildi. Azerisport.az xəbər verir ki, Həmid Reza Keşani (90 kq) ikinci, Vüqar Verdiyev (85 kq) və Əhməd Əliverdi (100) isə üçüncü oldular.
Leonid İstomin (+100 kq) dördüncü, İlyas Xalafov (80 kq) altıncı oldu.
Mükafatlandırma mərasimində kiçik insident baş verdi. Vüqar Verdiyev bürünc medalını alaraq, hakimlərin qərarlarına etiraz kimi səhnəni tərk etdi. Lakin Dünya federasiyasının prezidenti Rafael Santohini ilə söhbətdən sonra Verdiyev arenaya döndü və yarış iştirakçıları ilə qucaqlaşdı.