Rəşad Əhmədovu Hamburq gözləyir
Rəşad Əhmədovu Hamburq gözləyir
Azərbaycanın taekvondo yığması Martın 12-si və 13-də Hamburqda keçiriləcək Almaniyanın açıq çempionatında iştirak edəcək. Azerisport.az xəbər verir ki, kollektivin heyətinə Samir Aydınov (54 kq), Rövşən Bayramov (63 kq), Fariz Əliyev, Kvanq Suk Kim, İlkin Şahbazov (hamısı 68 kq), Elvin Məmmədov, Namaz Heydərov ( hər ikisi 74 kq), Rəşad əhmədov, Ramiz Əzizov (hər ikisi 80 kq), Təvəkkül Bayramov (87 kq) və Aydın Bahmalov (87 kq-dan artıq).
Almaniya tatamilərində ölkəmizi qadın idmançılar da təmsil edəcək. Heyətə Xəyalə Quliyeva (46 kq), Türkan Tahirli, Fatma Əhmədova (hər ikisi 49 kq), Nigar Hacıyeva, Aygül Abdullayeva (hər ikisi 53 kq), Səbinə Mikayılova (57 kq), Günay Ağakişiyeva, Fərqanə Qurbanova (hər ikii 62 kq), Vonq Yunq Kim və Yelena Abbasova (67 kq) daxildir.