15 ölkə təmsilçisi Bakıya gəlir
21 may 2011 11:44
Taekvondo üzrə “Azerbaijan Open” turnirində 15 ölkənin iştirakı təsdiqlənib. Azerisport.az xəbər verir ki, yarış mayın 27-i və 28-də “Sərhədçi” idman kompleksində keçiriləcək.
Qeyd edək ki, Bakıya Hindistan, Fransa, Gürcüstan, Ukrayna, Türkiyə, Rusiya və digər iştirakçı ölkələrin idmançıları təşrif gətirəcək.