Gənclər arasında açıq çempionat keçiriləcək
4 iyun 2011 13:51

İyunun 16-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş taekvondo üzrə gənclər arasında “Sərhdçi” İdman Olimpiya Mərkəzinin açıq çempionatı keçiriləcək. Azerisport.az xəbər verir ki, idmançılar Azərbaycan Taekvondo Federasiyasının dəvətilə yarışda iştirak edəcəklər.
Açıq çempionatda 1994/96-ci il təvəllüdlü oğlan və qızlar mübarizə aparacaqlar. Taekvondoçular hər birində 8 nəfər olmaqla 10 çəki dərəcəsində tatamiyə çıxacaqlar.