Fəridə Əzizova: Olimpiya medalını qazanmaq istəyirəm
30 iyun 2011 19:36

Bu gün Bakıda taekvondo üzrə 2012-ci ildə Londonda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya verən beynəlxalq turnirdə olimpiadaya vəsiqə qazanan Fəridə Əzizova (67 kq) bu münasibətlə fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, idmançımız bu uğuru ilə bağlı bunları dilə gətirib:
“Dörd rəqibimə qalib gələrək olimpiadaya vəsiqəni rəsmiləşdirə bildim. Çox şadam ki, bu uğura imza ata bildim. Rəqiblərim arasında Olimpiadanın mükafatçısı, Avropa çempionları da var idi. Amma mən bu nəticə ilə kifayətlənmək istəmirəm. İlk növbədə bu turnirin qalibi olmaq istəyirəm. Daha sonra isə bu uğurun davamını olimpiadada davam etdirməyə çalışacağam. Londona sıradan iştirakçı olmaq üçün getməyə hazırlaşmıram. Olimpiya medalı qazanmaq istəyirəm”.