Elvin Məmmədov olimpiadaya lisenziya qazana bilmədi (YENİLƏNİB)
1 iyul 2011 15:12

Bakıda taekvondo üzrə 2012-ci ildə Londonda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya verən beynəlxalq turnir davam edir. Azerisport.az xəbər verir ki, "Sərhədçi" Olimpiya Mərkəzində keçirilən turnirin ikinci günündə Azərbaycan yığmasının üzvlərindən Elvin Məmmədov (68 kq) olimpiadaya vəsiqə uğrunda mübarizə aparmaq hüququ qazanıb.
Məmmədov startda çexiyalı Viktor Yankovski ilə üz-üzə gəlib və onu çətinliklə də olsa, mübarizədən kənarlaşdırıb. 1/8 finalda o, isveçli Maret Aşetə də eyni aqibəti yaşadıb. 1/4 finalda isə rəqib İrandan olan Mohammed Baqeri idi. Təəssüf ki, təmsilçimiz bu rəqibinə uduzaraq, olimpiadaya vəsiqə qazanmaq şansını itirib.
Qeyd edək ki, yarışın ilk günündə millimizin üzvlərindən Fəridə Əzizova (67 kq) finalda uduzsa da, olimpiadaya lisenziya qazana bilmişdi. Bütövlükdə isə, bu, ölkəmizin London olimpiadasına ikinci lisenziyasıydı. İlk olaraq bu şansa Dmitri Marşin yiyələnmişdi. O, çəkic atma idman növündə bu uğura imza atmışdı.