Hafiz Verdiyev Avropa çempionu oldu
2 iyul 2011 18:39
Çexiyanın paytaxtı Praqada pouerliftinqin WPC versiyası üzrə gənclər və böyüklər arasında Avropa çempionatı start götürüb. Azerisport.az xəbər verir ki, yarışa 3 idmançı ilə yollanan yığma komandamız artıq medal hesabını açıb.
90 kq çəki dərəcəsində çıxış edən Hafiz Verdiyev ştanqı çiyində qaldırmada 310, yerdən dartmada 310, sinədən qaldırmada isə 212,5 kq nəticə göstərib və yekunda 832,5 kq göstərici ilə bütün rəqiblərini qabaqlayaraq Avropa çempionu olub.
Yeri gəlmişkən, Hafiz Verdiyevin şəxsi məşqçisi dəfələrlə dünya və Avropa çempionu olmuş Rüfət Ağayevdi. Gənclər arasında 100 kq-da yarışan Azər Əliyev isə 3 hərəkətin cəmində 600 ağırlığın öhdəsindən gəlib və 5-ci yeri tutub.
Qeyd edək ki, yığma komanda Çexiyaya Azərbaycan Pouerliftinq Federasiyasının prezidenti Ələddin Əliyevin rəhbərliyi altında yollanıb.