Ağakişiyeva olimpiadaya lisenziya şansını ilk cəhddə itirdi (YENİLƏNİB)
3 iyul 2011 13:05

Bakıda taekvondo üzrə 2012-ci ildə Londonda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya verən beynəlxalq turnir davam edir. Azerisport.az xəbər verir ki, "Sərhədçi" Olimpiya Mərkəzində keçirilən turnirin dördüncü günündə Azərbaycan yığmasının üzvlərindən Günay Ağakişiyeva (57 kq) olimpiadaya vəsiqə uğrunda mübarizə aparmaq hüququ qazanıb.
Püşkə əsasən Ağakişiyeva yarışa ikinci mərhələdən qoşulub. Onun rəqibi isə Paola Andrea (Livan) olub. Təəssüf ki, Ağakişiyeva elə ilk cəhddə uduzaraq, olimpiadaya lisenziya şansını itirib.
Qeyd edək ki, bu yarışda millimizin üzvlərindən Fəridə Əzizova (67 kq) finalda uduzsa da, olimpiadaya lisenziya qazana bilmişdi. Ramin Əzizov (80 kq) isə həm qızıl medal, həm də olimpiadaya lisenziya qazanıb.