Azərbaycan Rusiyada beynəlxalq turnirə dəvət olundu
27 avqust 2011 15:53
Gənclər, qadınlar və kişilərdən ibarət Azərbaycanın taekvondo üzrə milli komandaları Rusiyada beynəlxalq turnirdə iştirak edəcəklər. Azerisport.az xəbər verir ki, sentyabrın 3-dən 5-dək Çelyabinskdə keçiriləcək açıq beynəlxalq turnirdə Samir Aydınov (54 kq), Fariz Əliyev (68 kq), Elvin Məmmədov və Kvanqseok Kim (hər ikisi-74 kq), Bayraməli Vəliyev (80 kq), Ceyhun Həsənli (87 kq), Təvəkgül Bayramov və Aydın Bəhmalovdan (hər ikisi–87 kq-dan yuxarı) ibarət heyətə milli komandanın baş məşqçisi, Əməkdar Məşqçi Ələkbər İmaməliyev və Jon Jonqbay rəhbərlik edəcəklər.
Sun Mi Park və Niyaməddin Paşayevin çalışdırdıqları qadınlardan ibarət seçmə komandada isə Xəyalə Quliyeva və Şəhrun Yusifova (hər ikisi-46 kq), Türkanə Tahirli (49 kq), Günay Ağakişiyeva və Səbinə Mikayılova (hər ikisi-57 kq), Vonkyunq Kim və Fəridə Əzizova (hər ikisi-67 kq) yer almışlar.
Gənclərdən ibarət yığmamız baş məşqçi, Əməkdar Məşqçi Gündüz Abdullayevin rəhbərliyi ilə 22 taekvondoçu ilə yarışda iştirak edəcəkdir. İdmançılarımız turnirə sentyabrın 3-də yola düşəcəklər.