Yığmamız Rusiyada 13 medal qazandı
12 sentyabr 2011 17:42

Taekvondo üzrə böyüklər və gənclərdən ibarət milli komandamız Rusiyada açıq beynəlxalq turnirdə 13 medal qazanıb. Azerisport.az xəbər verir ki, bu barədə Azərbaycan Taekvondo Federasiyası məlumat yayıb.
Məlumatda bildirilir ki, Çelyabinskdə keçirilən turnirdə böyüklərin yarışında Fəridə Əzizova (67 kq) birinci pilləni tutub. Bayraməli Vəliyev (80 kq) gümüş, Xəyalə Quliyeva (46 kq) və Günay Ağakişiyeva (57 kq) bürünc medal qazanıblar.
Gənclərdən ibarət seçmə komandamız isə vətənə 9 mükafatla qayıdıb. Nərminə Məmmədova (44 kq), Mikayıl Əliyev (51 kq) və Elvin Əliyev (78 kq-dan yuxarı) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Elmar Bədəlli (45 kq), Hüseyn Mehrəliyev (59 kq), Ələkbər Ələkbərli (68 kq), Təranə Məmmədova (46 kq), Günay Ağayeva (52 kq) və Aytən Səmədli (59 kq) isə bürünc medal qazanıblar.