Yığmamızın ilk Avropa çempionatı
23 sentyabr 2011 16:44

Azərbaycanın Parataekvondo üzrə milli komandası birinci dəfə keçiriləcək Avropa çempionatında iştirak edəcək. Azerisport.az xəbər verir ki, sentyabrın 26-da start götürəcək Moskvadakı yarışda 15 idmançımız mübarizə aparacaq.
Baş məşqçi, respublikanın əməkdar məşqçisi Əvəz Tağıyev və köməkçi məşqçi Yaşar Səfərovun rəhbərliyi altında yarışa son hazırlıqlığı başa vuran parataekvondoçularımız 3 kateqoriya üzrə döyüşəcəklər:
Emin Nürətdinov - (DÇ bürünc mükafatçısı) A6 (58 kq)
Sahib Xasıyev A6 (58 kq)
Nicat Müslümov A6 (68 kq)
Aleksandr Polişuk (DÇ gümüş mükafatçısı) A6 (80 kq)
Vüsal İsmayılov (DÇ gümüş mükafatçısı) A6 (+80 kq)
Namiq Abbasov A5 (58 kq)
Anar Hüseynov (DÇ gümüş mükafatçısı) A5 (68 kq)
Rövşən Qəhrəmanlı (DÇ bürünc mükafatçısı) A8 (58 kq)
Mahmud Səmədov (DÇ gümüş mükafatçısı) A8 (68 kq)
Əbülfəz Abuzərli A8 (68 kq)
Rövşən Rzayev A8 (80 kq)
Hüseyn Həsənov (Dünya çempionu) A8 (80 kq)
Cahangir Bayramov (Dünya çempionu) A8 (+80 kq)
Röyalə Fətəliyeva A8 (49 kq)
Aynur Məmmədova (DÇ bürünc mükafatçısı) A8 (57 kq)
Rusiyanın paytaxtına ayın 25-də yola düşəcək seçmə komandamız 3 gün sonra geri dönəcək.