Məşhur pilot yarış zamanı dünyasını dəyişdi (FOTO, VİDEO)
17 oktyabr 2011 12:15

Formula-1-in ən tanınmış sürücülərindən biri olan Den Uildon dünyasını dəyişib. Azerisport.az xəbər verir ki, onun ölümünə məhz Las-Veqasda təşkil olunan “İndikar” yarışı səbəb olub.
Belə ki, yarış zamanı ən azı 15 maşının bir-birinə toqquşması nəticəsində böyük qəza meydana gəlib. Faciəvi qəza nəticəsində Uildon dünyasını dəyişib. 33 yaşlı britaniyalı pilotun həyatını xilas etmək mümkünsüz olub. Qəza anı isə “Terminator” filmindəki səhnələrdən qətiyyən fərqlənmir.