Azərbaycan DÇ-də 5 medal qazandı
18 oktyabr 2011 14:51

Latviyanın paytaxtı Riqada yeniyetmələr və gənclər arasında sambo üzrə dünya birinciliyi keçirilib. Azerisport.az xəbər verir ki, yarışda yeniyetmələrin mübarizəsində Azərbaycan samboçuları Fərid Mikayılov (60 kq) gümüş, Hüseyn Eyvazzadə (48 kq) bürünc medal qazanıblar.
Gənclərin yarışında isə Nəsimi Umbayev (48 kq), Zülfüqar Quliyev (74 kq) və Azər Ağayev (82 kq) bürünc medala sahib olublar.