Azərbaycan Ukraynadan 15 medalla qayıdır
19 oktyabr 2011 18:06
Ukraynada taekvondo üzrə “Ukraine Open” beynəlxalq turniri keçirilib. Azerisport.az xəbər verir ki, turnirdə iştirak edən yığmamız 15 medal qazanıb.
London Yay Olimpiya Oyunlarına lisenziyanı təmin etmiş Fəridə Əzizova (67 kq) və Ramin Əzizov (80 kq), həmçinin Elvin Məmmədov (74 kq), Fərid Tağızadə (87 kq) və Təvəkkül Bayramov (+87 kq) turnirin qızıl medalına sahib çıxıblar.
Xəyalə Quliyeva (46 kq), Günay Ağakişiyeva (57 kq), Kim Vonkyunq (67 kq), Fariz Əliyev (68 kq) və Bayraməli Vəliyev (80 kq) gümüş, Türkanə Tahirli (49 kq), Samir Aydınov (54 kq), Ziya Qasımov (63 kq), Kim Kvanqseok (74 kq) və Ceyhun Həsənli (87 kq) isə bürünc medal qazanıblar.