Yığmamız Litvadan iki medalla qayıtdı
14 noyabr 2011 14:26

Litvanın paytaxtı Vilnüsdə böyüklər arasında sambo üzrə dünya çempionatına yekun vurulub. Azerisport.az xəbər verir ki, komandamız bu birincilikdən iki medalla ayrılıb.
Məlumatı Azərbaycan Sambo Federasiyası yayıb. Məlumatda bildirilir ki, İslam Qasımov (57 kq) və Elgün Müslümov (68 kq) sözügedən çempionatın bürünc medalını qazanıblar.