Əliyeva Latviyada dünya çempionu oldu
17 noyabr 2011 00:45

Latviyanın paytaxtı Riqada pauerliftinqin WPC versiyası üzrə növbəti Dünya Çempionatı start götürüb. Azerisport.az xəbər verir ki, 50-yə yaxın ölkə idmançısının iştirak etdiyi yarışa federasiya prezidenti Ələddin Əliyevin rəhbərliyi altında 8 idmançı ilə yollanan yığma komandamız artıq medal hesabını açıb.
Millimizin yeganə qadın üzvü, 56 kq çəki dərəcəsində çıxış edən Rəna Əliyeva 3 hərəkətin cəmində (sinədən qaldırma, yerdən dartma və ştanqla əyilib-qalxma) 290 kq göstərici ilə bütün rəqiblərini qabaqlayıb və qızıl medala layiq görülüb. Qarşıdakı 2 gündə daha 4 idmançımız – ağır cəkidə yarışan Azər Əliyev, Eldar Məmmədov, Rüfət Ağayev və Hafiz Verdiyev mübarizəyə qoşulacaq.