Azərbaycan DÇ-də 3 qızıl medala sevindi
23 noyabr 2011 13:56
Latviyanın paytaxtı Riqada paurleftinqin WPC versiyası üzrə dünya çempionatına yekun vurulub. Azerisport.az xəbər verir ki, 50-yə yaxın ölkə idmançısının iştirak etdiyi mundialda yığmamız federasiya prezidenti Ələddin Əliyevin rəhbərliyi altında 8 idmançı ilə təmsil olunub və onlardan üçü qızıl medal qazanıb.
Atlerlərimizdən gənclər arasında 100 kq çəkidə çıxış edən Hafiz Verdiyev ləvazimatların köməyi ilə 3 hərəkətin cəmində 900 kq ağırlığın öhdəsindən gələrək, bütün rəqibləri üçün əlçatmaz olub və dünya çempionu titulunu qazanıb.
Yeniyetmə idmançımız Cavidan Ramazanovisə 100 kq-da 38- kq ağırlığı ram edə bilib. Bu isə ona fəxri kürsünün ən yüksək pilləsinə qalxmaq üçün yetərli olub.
Xatırladaq ki, daha öncə yeganə qadın idmançımız, 56 kq-da çıxış edən Rəna Əliyev da ləvazimatla 290 kq nəticə göstərməklə qızıl medal qazanmışdı.
Yeri gəlmişkən, Ələddin Əliyevin sözlərinə görə, 2013-cü ildə dünya çempionatının ölkəmizdə keçirilməsi üçün namizədliyimizi irəli sürüb. Bununla bağlı yekun qərar gələn il Las-Veqasda keçiriləcək dünya çempionatı zamanı veriləcək.