Azərbaycan yığması üçün 8 lisenziya şansı
28 noyabr 2011 17:53
01 – 07 dekabr 2011 ci il tarixlərin müddətində İWAS-fın təqviminə əsasən Birləşmiş Ərəb Əmirliklərinin Şarjah şəhərində Dünya Oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, bu yarışa Azərbaycan Milli Paralimpiya Komitəsinin Atletika üzrə (Amputant idmançılar arasında) milli komandası 8 nəfərlik heyyətlə qatılıb.
3 nəfər məşqçinin, O. Şahtahtinski, V. Müsaddiq və Z. Xəlfəyevin hazırladığı idmançılar 1 həftə ərzində medallar və 2012 ci il London Yay Paralimpiya Oyunlarına lisenziya qazanmaq uğrunda mübarizə aparacaqlar.
1. Oloxan Musayev – nüvə itələmə, disk atma
2. Mehman Ramazanzadə - nüvə itələmə, disk atma
3. Samir Nəbiyev – disk atma
4. Hüseyn hasanov – uzunluğa tullanma, üç təkanla tullanma
5. Vügar Adışirinov - uzunluğa tullanma, üç təkanla tullanma
6. Bəhruz Bəşirov – nüvə itələmə, disk atma, nizə atma
7. Mədinət Abdullayeva - nüvə itələmə, disk atma, nizə atma
8. Allahverdi Allahverdiyev - nüvə itələmə, nizə atma