Avropa Taekvondo Birliyinin (ETU) prezidenti Bakıda
16 dekabr 2011 14:37

Avropa Taekvondo Birliyinin (ETU) prezidenti Atanasios Praqalos bu gün paytaxtımıza gəlib. Azerisport.az xəbər verir ki, bu il oktyabrın əvvəlində növbəti dəfə ETU-nun rəhbəri seçilən rəsmi qonaq, taekvondonun son durumu ilə tanış olmaq məqsədilə ölkəmizdə səfərdədi.
İki günlük səfəri zamanı A. Praqalos Qəbələdə yenicə istifadəyə verilən regional mərkəzlə də tanış olacaq.
Qeyd edək ki, ölkəmizə intensiv səfər edən beynəlxalq idman təşkilatlarının rəhbərlərindən ETU prezidenti son dəfə yay aylarında Olimpiya lisenziyalı turniri izləmək üçün Bakıda olub.