Bakının fəxri prezidenti federasiya prezidenti seçildi
29 dekabr 2011 00:06

Azərbaycan Qolf Federasiyasına prezident seçilib. Azerisport.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, qolf idman növü 2016-cı ildə Rio de Janeyro şəhərində keçiriləcək olimpiya oyunların siyahısına salınıb. Artıq bu idman növünün Azərbaycanda da inkişaf etdirilməsi işlərinə başlanılıb. Bununla əlaqədar olaraq bu gün baş tutan iclasda “Zqan Holdinq” şirkətinin prezidenti, Anar Məmmədov ölkəmizdə Qolf Federasiyasına prezident seçilib.
Qeyd edək ki, Anar Məmmədov qolf idman növünə çox böyük həvəs göstərir. Onu da əlavə edək ki, Anar Məmmədov Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun oğludu. O, eyni zamanda "Bakı" futbol klubunun fəxri prezidentidi.