2012 ölümlə başladı!
2 yanvar 2012 13:41

İdman dünyası 2012-ci ilə üzücü bir xəbərlə başlamalı olub. Azerisport.az xəbər verir ki, dakar rallisi daha bir idmançının həyatına son qoyub.
Argentinada ilk mərhələsi düzənlənən Santa Rosa dakar rallisinində 38 yaşlı sürücü Xorxe Martines Boero, yarış sırasında keçirdiyi qəza nəticəsində dünyasını dəyişib. Qəza nəticəsində çox ağır yaralar alan sürücüyə həkimlərin tibbi müdaxiləsi yetərsiz olub və onun həyatını xilas etmək alınmayıb. O, elə xəstəxanaya götürülərkən yolda ölüb.
Qeyd edək ki, Boera ötən il də dakar rallisinə qatılmış və həmin yarış zamanı da qəza ilə üzləşmişdi. Məhz həmin vaxt o, artıq belə yarışlara qatılmayacağını bildirmişdi. Amma göründüyü kimi, sürücünün son yarışı məhz bu ilki oldu. Hansı ki, daha baha qiymətə başa gəlmək şərtilə…