Azərbaycan üçün son lisenziya şansı
17 yanvar 2012 16:01
Yanvarın 27-29-da Rusiyanın Kazan şəhərində 2012-ci il London Yay Olimpiya Oyunlarına son lisenziyalar uğrunda Avropa Təsnifat turniri keçiriləcək. Azerisport.az xəbər verir ki, Azərbaycanı taekvondoçularımız Təvəkkül Bayramov (80 kq-dan yuxarı çəki dərəcəsi) və Günay Ağakişiyeva (57 kq) təmsil edəcəklər.
Dünya Taekvondo Federasiyası (WTF) tərəfindən yeni təyinat alan ATF-nın l vitse-prezidenti Füzuli Musayev yarışa Nəzarət komissiyasının üzvü təyin olunub. Yanvarın 23-də turnirə yollanacaq heyət ayın 31-də vətənə dönəcək.
Qeyd edək ki, bu turnir taekvondoçularımızın London olimpiadasına lisenziya əldə etmələri üçün son imkanr. Artıq iki taekvondoçumuz - Ramin Əzizov (80 kq) və Fəridə Əzizova (67 kq) 2012-ci il London Yay Olimpiya Oyunlarına vəsiqəni təmin ediblər.