Azərbaycan millisi üçün Trelleborq Open
7 fevral 2012 12:11

Fevralın 11-12-də İsveçdə taekvondo üzrə XXI “Trelleborq Open” beynəlxalq turniri keçiriləcək. Azerisport.az xəbər verir ki, turnirdə millimiz koreyalı mütəxəssis Con Conqbay, gənclərdən ibarət yığma komandanın baş məşqçisi Gündüz Abdullayev və yeniyetmə idmançılarımızı çalışdıran baş məşqçisi Məmməd Abdullayevin rəhbərliyi altında mübarizə aparacaq.
Avropa Taekvondo Birliyinin “A” kateqoriyalı turnirində yarışacaq böyüklərdən ibarət millimizin heyətində Mikayıl Əliyev, Vüsal Məmmədov (hər ikisi 54 kq), Habil Səttarov (58 kq), Ramik Nəzərov (63 kq), Xosrov Əhmədov (74 kq), Fərid Tağızadə (87 kq), Şahrun Yusifova (49 kq), Aygül Abdullayeva və Fərqanə Qurbanova (hər ikisi 53 kq) yer alıblar.
Turnirdə gənc taekvondoçulardan Babək Əjdərli, Kənan Tağıyev (hər ikisi 45 kq), Ruslan Abbasov (48 kq), Elmar Bədəlli (51 kq), Ayxan Tağızadə (55 kq), Pərvin Əliyev (59 kq), Nicat Əliyev (68 kq), Vladislav Subbotin (73 kq), Elnur Məhərrəmov (78 kq), Seyidəzim Bədirxanlı (78 kq-dan yuxarı), Zümrüd Məlikova (42 kq), Nərminə Məmmədova (44 kq) və Təranə Məmmədova (46 kq) birincilik uğrunda mübarizə aparacaqlar.