Yığmamızın 2 üzvü Dubaya yollandı
22 fevral 2012 15:14
Fevralın 20-də Azərbaycan Milli Paralimpiya Komitəsinin Pauerliftinq idmanı üzrə milli komandasının 2 üzvü məşqçilər Müsadiq Vaqifin və İbişov İlqarın rəhbərliyi altında 4-cü ənənəvi beynəlxalq FAZA turnirində iştirak üçün BƏƏ-nin Dubay şəhərinə yola düşüblər. Azerisport.az xəbər verir ki, bunlar +100 kq çəki dərəcəsində mübarizə aparan Əliyev Məhərrəmlə 100 kq çəki dərəcəsində yarışan Hüseynov Elşəndi.
22-26 fevral 2012 ci il tarixlərində Almaniyanın Bonn şəhərində idman həkimlərinin seminar məşğələsi də keçiriləcək. Azərbaycan Milli Paralimpiya komitəsini bu tədbirdə Akademik Zərifə Əliyeva adına mərkəzi Göz institutunun həkimi Aygün Hajiyeva təmsil edəcək.
Azərbaycan Milli Paralimpiya Komitəsinin Qolbol üzrə milli komandası isə baş məşqçi Fəxrəddin Əliyevin rəhbərliyi ilə 23 fevral 2012 ci il taixdə Türkiyənin Antalya şəhərinə yola düşəcəklər. Bu şəhərdə onlar 23-27 fevral tarixində 9 komandanın iştirakı ilə keçirilən beynəlxalq turnirdə iştirak edəcəklər. Məlumatı Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin mətbuat xidməti yayıb.