Avropa çempionatının ilk günündə bir medal
7 aprel 2012 15:28

Rumıniyanın paytaxtı Buxarestdə sambo üzrə gənclər və yeniyetmələr arasında Avropa çempionatı start götürüb. Azerisport.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycan milli komandası bir medala sahib olub.
Gənclərin yarışında 48 kq çəki dərəcəsində mübarizə aparan Nəsimi Umbayev bürünc medal qazanıb.
Qeyd edək ki, Avropa çempionatına aprelin 8-də yekun vurulacaq. (lent.az)