Avropa çempionatında 7 medal
11 aprel 2012 12:24
Azərbaycanın yeniyetmə və gənc samboçulardan ibarət milli komandası Rumıniyanın paytaxtı Buxarestdə keçirilmiş Avropa çempionatında iştirak edib. Azerisport.az xəbər verir ki, yığmamız yarışda 1 gümüş və 6 bürünc medal qazanıb.
Yeniyetmələrin mübarizəsində Ceyhun Babakişiyev (81 kq) gümüş, Nəsimi Umbayev (48 kq), Xəyal Mirzəzadə (65 kq), Ruhin Əhədov (70 kq), Səbuhi Axundov (87 kq) bürünc medal qazanıb.
Gənclərin yarışında isə Kənan Binyatov (52 kq) və Hikmət Alışov (90 kq) bürünc medala sahib olublar.