Fotoreportaj|Video|На русском

Digər növlər

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş veloturun marşrutu bəlli oldu

19 aprel 2012 16:27
Heydər Əliyevin xatirəsinə həsr olunan və 23 yaşadək velosipedçilər arasında keçiriləcək velotur 9-13 may 2012 il tarixlərində baş tutacaq. Azerisport.az xəbər verir ki, beş mərhələlik velotur Azərbaycanda keçiriləcək ilk peşəkar velosiped yarışı olacaq. Velotur Bakı şəhərində komanda yarışı ilə başlayacaq. Komanda yarışından sonra peloton Böyük Qafqaz dağlarına doğru istiqamətlənəcək və orada növbəti üç mərhələ keçiriləcək. Veloturun ən şimal nöqtəsi olan Şəkiyə çatdıqdan sonra yarış iştirakçıları Bakıya qayıdacaq. Yarış marşrutu çoxsaylı beynəlxalq turların təşkilində böyük təcrübə toplamış, o cümlədən 2007-ci ildə UCİ-nin himayəsi altında keçirilmiş şose üzrə Dünya Çempionatının təşkilatçısı olan  Albrext Roeder tərəfindən planlaşdırılmışdır.
 
I mərhələ: Bakıda komanda sınaq yarışı (30 km)
 
Heydər Əliyevin xatirəsinə həsr olunmuş velotur Azərbaycanın paytaxtı Bakı şəhərində 30 kilometrlik məsafədə komanda sınaq yarışları ilə açılacaq. Velosipedçilər turu Azadlıq meydanından başlayıb orada da başa çatdıracaqlar. Bu mərhələ, demək olar ki, tamamilə enişsiz-yoxuşsuz marşrut üzrə keçiriləcək. Velosipedçilərə yalnız Xəzərdən əsən Gilavar müəyyən çətinlik yarada bilər.
 
II mərhələ: Bakı - İsmayıllı (176 km)
 
Komanda yarışlarından sonra velosipedçilər 2-ci mərhələ çərçivəsində Bakı-İsmayıllı marşrutu üzrə 176 km. məsafə, o cümlədən Böyük Qafqaz dağlarında 3 yüksəklik qət edəcəklər. 150 kilometrdən sonra pelaton veloturun ən yüksək nöqtəsinə çatacaq və enişli yolla İsmayıllıya – finiş xəttinə istiqamətlənəcək.
 
III mərhələ: Qəbələ - Qəbələ (160 km)
 
3-cü mərhələ 20 kilometrlik enişli yolla başlayacaq. Sonra velosipedçilər Oğuz və Şəki istiqamətində yüksəklikləri qət edərək yenidən Qəbələyə gələcəklər. 160 kilometrlik çətin keçilən məsafəni geridə qoyan yarış iştirakçıları 782 metrlik yoxuşlu yolla finiş xəttinə çatacaqlar.
 
IV mərhələ: İsmayıllı – Qəbələ (114 km)
 
Dördüncü mərhələnin başlanması üçün iştirakçılar İsmayıllıya qayıdacaqlar. 35 kilometrdən sonra pelaton Qəbələyə çatacaq. Burada yarış iştirakçıları 12 dövrə vuracaqlar. İdmançıları çətin sınaq gözləyir – onlar hər dövrə çərçivəsində 798 metrlik hündürlüyə qalxacaqlar.
 
V mərhələ: Bakı – Bakı (123 km)
 
Heydər Əliyevin xatirəsinə həsr olunmuş veloturun sonuncu – beşinci mərhələsinin keçirilməsi üçün iştirakçılar Bakıya qayıdacaqlar. Velosipedçilər hər biri 12.3 kilometr olan 10 dövrə vurduqdan sonra yarış başa çatdıracaqlar. Bu mərhələdə sprinterlərə öz məharətlərini göstərmək üçün gözəl fürsət yaranacaq.
 
Yarış haqqında
 
Heydər Əliyevin xatirəsinə həsr olunmuş velotur Beynəlxalq Velosipedçilər İttifaqının (BVİ, fransızca UCI) təqvim planına daxil edilmiş və 2.2 U-23 (19-23 yaş həddi) kateqoriyasına aid BVİ Kontinental Turudur. Azərbaycanda ilk dəfə keçiriləcək peşəkar velosiped idmanı yarışına hər biri 6 idmançıdan ibarət olan və dünyanın ən müxtəlif ölkələrini təmsil edən komandalar qatılacaqdır.
 
Yarış Azərbaycan Velosiped idmanı Federasiyası, Azərbaycan Milli Olimpiya Komitəsi və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən Almaniyanın “FreundeEventlogistik” şirkəti ilə birlikdə təşkil olunur.

Другие новости этого раздела

12 mart12:02 Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də9 sentyabr11:39 Eyni hüquq deyiriksə, ədalətli davranmalıyıq5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti
Arxiv
Sabah