Bakıda 156 000 dollarlıq yarış
7 may 2012 12:29

Mayın 8-dən 10-na qədər Bakıda Azərbaycan Respublikası Atçılıq Federasiyası tərəfindən atçılığın konkur növü üzrə CSİ - 3* kateqorityalı beynəlxalq turnir keçiriləcək. Azerisport.az xəbər verir ki, ümummili lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş dünya kubokunun təsnifat mərhələsinin mükafat fondu 156 000 dollardı.
Yarışda Azərbaycan idmançılarıyla yanaşı Gürcüstan, İran, Polşa və Türkiyə çaparı da iştrak edəcək. Dünya kubokunun təsnifat mərhələsini Türkiyə və İrandan olan hakimlər briqadası nəzarət edəcək. Turnir hər gün saat 12-00 dan Binə Atçılıq mərkəzində start götürəcək. Bütün keçirilən beynəlxalq yarışlarda olduğu kimi bu dəfə də qanuni mərc oyunları təşkil olunacaqdır. Yarış ərəfəsində Totalizator oyunları həvəskarları üçün Azərbaycan Respublikası Atçılıq Federasiyası tərəfindən lotereya da keçiriləcək. Belə ki, yarışın ilk iki günü, 2 noutbuk oynanılacaq. Mayın 10-da keçiriləcək finla mərhələsində isə azarkeşlər peşəkar Motosiklet qazanmaq imkanı əldə edəcəklər.