Camal Rəhimov dünya kubokunun qalibi oldu
10 may 2012 17:23

Xəbər verdiyimiz kimi, mayın 8-də Bakıda Azərbaycan Respublikası Atçılıq Federasiyası tərəfindən atçılığın konkur növü üzrə CSİ - 3* kateqorityalı beynəlxalq turnirə start verilmişdi. Azerisport.az xəbər verir ki, ümummili lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş dünya kubokunun təsnifat mərhələsinin mükafat fondu 156 000 dollar idi.
Sözügedən turnir bu gün başa çatıb. Yarışda Azərbaycan idmançılarıyla yanaşı Gürcüstan, İran, Finlandiya və Belçika çaparı da iştrak edirdilər. Dünya kubokunun təsnifat mərhələsini Türkiyə və İrandan olan hakimlər briqadası nəzarət edib.
Yarışın ilk günü həmyerlimiz Seyid Müasey bütün rəqiblərini qabaqlayaraq çempion adına laiq görülüb. İkinci pilləni isə ölkəmizi Olimpiya oyunlarında təmisl edəcək Camal Rəhimov tutub. Üçüncü yerin sahibi Azərbaycan bayrağı altında çıxış edən Patrik Makkenzi olub.
Dünən keçirilən yarışın ikinci günündə isə Gürcüstanlı Şalva Qaçeçiladze “Saturn” ləqəbli atla bütün rəqiblərini qabaqlayaraq birinci yeri tutub. İkinci pillənin sahibi isə “Bahar MNM” ləqəbli atla belçikalı idmançı Jodi Bosteels olub. Həmyerlimiz Patrik Makkenzi isə “Zidane” ləqəbli atla üçüncü nəticə göstərib.
Turnirin final mərhələsi isə bu gün Binə atçılıq mərkəzində keçirilib. Dünya kubokunun qalibi adını Camal Rəhimov qazanıb. O, “Platin” ləqəbli atı ilə hamıdan güclü olub. İkinci pillənin sahibi isə “Bahar MNM” ləqəbli atla belçikalı idmançı Jodi Bosteels olub. Həmyerlimiz Patrik Makkenzi isə “Zidan” ləqəbli atla üçüncü nəticə göstərib.