Beynəlxalq veloturun ikinci mərhələsi başa çatdı
10 may 2012 19:13

Bu gün İsmayıllıda ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr edilmiş beynəlxalq veloturun ikinci mərhələsi başa çatıb. Azerisport.az xəbər verir ki, hər biri 6 velosipedçidən ibarət 17 komanda (xarici komandalar da daxil olmaqla) Bakıda Rəşid Behbudov küçəsi-Bakıxanov küçəsi-Tbilisi prospekti marşrutu üzrə, sonra isə Quba-Şamaxı-İsmayıllı istiqamətində hərəkət ediblər.
Veloturun ikinci mərhələsinin qalibi 20 yaşlı İspaniya idmançısı Dieqo Rubio Ernandes olub. O, 04:41:39 nəticə göstərib.
Veloturun ümumi hesabının yekunları üzrə isə Əlcəzair velosipedçisi Yusif Reqiqi liderlik edir.
Azərbaycan idmançıları arasında ən yaxşı nəticəni "Sumqayıt" komandasının ən gənc üzvü Tural Qaibov göstərib.
Velotur iştirakçıları turnirin yüksək səviyyədə təşkil edildiyini bildiriblər. İkinci mərhələ çərçivəsində onlar ümumilikdə 175 kilometrdən çox məsafə qət ediblər.