Avropa çempionatında iki gümüş medal
21 may 2012 15:35
Rusiyanın paytaxtı Moskva şəhərində sambo üzrə Avropa çempionatı keçirilib. Azerisport.az xəbər verir ki, çempionatda 57 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız İslam Qasımov finalda gürcüstanlı Uşanqi Kuzanaşviliyə uduzaraq gümüş medal qazanıb.
Yarışda idman sambosu üzrə mübarizə aparmış Kamran Cavadov da (57 kq) gümüş medal sahib olub.
Qeyd edək ki, millimiz çempionatda baş məşqçisi Mübariz İbrahimovun rəhbərliyi altında mübarizə aparıb.