Bəxtiyar Arzumanov dünya çempionuna qarşı
5 iyun 2012 14:34

İyunun 21-də Sankt-Peterburqdakı Buz arenasında qarışıq döyüş növləri üzrə möhtəşəm gecə keçiriləcək. Azerisport.az xəbər verir ki, gecənin ən maraqlı görüşü məşhur Fyodr Yemelyanenkoyla Pedro Xizzo arasında olacaq.
Sevindirici haldır ki, mötəbər döyüş gecəsində “Miks Fayt” Qarışıq Döyüş Liqasının da təmsilçisi olacaq. Təşkilatçılar son illər qazandığı ardıcıl qələbələri nəzərə alaraq azərbaycanlı Bəxtiyar Arzumanova dəvət göndərib. Onun rəqibi Rusiyanın tanınmış idmançılarından biri Mixail Malyutin olacaq.
Təcrübəli Malyutin özünü yeni çəkidə 65,8 kq-da sınayır. Ring of Combat, UFC Fan EXPO Grappling i Naga Grappling Championship kimi mötəbər turnirlərin qalibi eyni zamanda dünya çempionudur. Bəziləri Malyutinin karyerasının qürub çağını yaşadığını düşünsə də, o yüksək səviyyəli çıxışıyla idmandan ayrılmaq fikrində olmadığını göstərir.
Bəxtiyar Arzumanova gəldikdə, idmançımız karyerasının ən vacib görüşünə çıxır desəq yanılmarıq. Daim əzmkar mübarizə nümayiş etdirən həmyerlimiz hazırda Almaniyada təlim-məşq toplanışındadır. Onun Malyutinə qarşı layiqli döyüş nümayiş etdirəcəyinə inanırıq.