Azərbaycan yığmasının Avropa çempionatı üçün heyəti məlum oldu
13 iyun 2012 12:57
Azərbaycan taekvondoçuları 16-21 yaşlıların lll Avropa çempionatına yollanıblar. Azerisport.az xəbər verir ki, Yunanıstanın paytaxtı Afinada baş tutacaq yarışda 11 idmançımız iştirak edəcək.
Milli komandanın baş məşqçisi, əməkdar məşqçi Ələkbər İmaməliyev 7 oğlan və 4 qız taekvondoçunu, o cümlədən İmran Zalovu (54 kq), Pərvin Əliyev (58 kq), Elxan İsayev (63 kq), Səbuhi İsmayılzadə (68 kq), Vladislav Subbotin (74 kq), Ceyhun Həsənli (80 kq) və Aydın Bəhməlovu (87 kq), eləcə də Xəyalə Quliyeva (46 kq), Türkanə Tahirli (49 kq), Günay Ağayeva (53 kq) və Aytən Səmədlini (57 kq) heyətə cəlb edib.
Yarış 14-17 iyun tarixlərində keçiriləcək. Ayın 11-də yola düşən seçmə komanda 8 gün sonra vətənə qayıdacaq.