Avropa çempionatına bürünclə start verdik
16 iyun 2012 14:03
Taekovondo üzrə Azərbaycan yığması gənclər arasında Afinada keçirilən Avropa birinciliyinə uğurlu start verib. Azerisport.az xəbər verir ki, Aydın Bəhmalov (87 kq) çempionatın bürünc medalını qazanıb.
O, 1/4 finalda İspaniya idmançısı Varel Vaskesə qalib gəlib. Yarımfinalda isə Portuqaliya təmsilçisi Xose Rodriqesə məğlubiyyət qaçılmaz olub.