Avropa çempionatında 3 medal
18 iyun 2012 15:35

Yunanıstanın paytaxtı Afinada 16-21 yaşlı taekvondoçular arasında Avropa çempionatı başa çatıb. Azerisport.az Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışın son günü daha 2 idmançımız bürünc medala sahib olub.
Xəyalə Quliyeva (-46 kq) və Türkanə Tahirli (-49 kq) mübarizəni yarımfinalda dayandırmalı olsalar da, yarışı üçüncü mükafatla yekunlaşdırıblar.
Xatırladaq ki, daha əvvəl Aydın Bəhməlov (-87 kq) da bürünc mükafata sahib çıxmışdı.
Beləliklə, 16-21 yaşlıların Avropa çempionatını 3 bürünc medal qazanan seçmə komandamız ayın 19-da Vətənə dönəcək.