Bakıda mükafat fondu 9500 avro olan turnir
21 iyun 2012 16:53

Sabah (İyunun 22-də) Binə Atçılıq Mərkəzində CSİ-1 -W kateqoriyalı “Sərhədçi Kuboku” uğrunda Beynəlxaq turnir start götürəcək. Azerisport.az xəbər verir ki, Atçılığın konkur növü üzrə keçiriləcək yarışda Azərbaycan idmançılarıyla yanaşı Polşa, Türkiyə və Almaniya təmsilçiləri də iştrak edəcəklər.
Beynəlxq Turniri idarə edəcək hakimlər briqadası isə Bolqarıstan İran və Türkiyədən dəvət olunublar. 3 gün davam edəcək turnirin, ilk iki günü yarışlar saat 11-də, 3-cü günü isə saat 14-də başlayacaq. Buna qədər isə Atçılıq idmanı həvəskarları növbəti Cıdır yarışlarını da izləyə biləcəklər. Belə ki, İyunun 24-ü saat 11-də növbəti Cıdır yarışlarına start veriləcək.
Qeyd edək ki, “Sərhədçi Kuboku” uğrunda beynəlxaq turnirinin ümumi mükafat fondu 9500 avrodur.