Sərhədçi kubokuna yekun vuruldu (FOTO)
24 iyun 2012 20:52

Bu gün Binə Atçılıq Mərkəzində ümumi mükafat fondu 9500 avro olan CSİ-1 kateqoriyalı “Sərhədçi Kuboku” uğrunda Beynəlxaq turnirə yekun vurulub. Azerisport.az xəbər verir ki, gərgin və maraqlı mübarizə şəraitində keçən final yarışı Poşalı idmançı Aleksandra Lusinanın qələbəsi ilə nəticələnib.
O, “Kalinka MNM” ləqəbli atla bütün rəqiblərini qabaqlaya bilib. Azərbaycanlı çapar Seyid Musayev “Concorde 57” ləqəbli atla ikinci, “Nabab De Belou” ləqəbli atla isə üçüncü olub. Kənan Novruzov "Bill Clinton” ləqəbli atla 4-cü, Hikmət Musayev isə “Zidane D” ləqəbli atla 5-ci nəticəni göstərib.
Qeyd edək ki, atçılığın konkur növü üzrə keçirilən yarışda Azərbaycan idmançılarıyla yanaşı Polşa və Türkiyə təmsilçiləri də iştrak ediblər. Beynəlxq turniri Bolqarıstan, İran və Türkiyədən dəvət olunan hakimlər briqadası idarə edib.