Bakıda mükafat fondu 9500 avro olan beynəlxalq turnir
12 iyul 2012 11:52

İyulun 13-dən 15-nə qədər Binə Atçılıq Mərkəzində CSİ-1* -W kateqoriyalı "Master Cup” beynəlxalq atçılıq turniri keçiriləcək. Azerisport.az xəbər verir ki, atçılığın konkur növü üzrə yarışda Azərbaycan idmançıları ilə yanaşı, Gürcüstan, İran, Polşa, Türkiyə və Almaniya təmsilçiləri də iştrak edəcəklər.
Turnirdə ümumilikdə 19 çapar əv 39 at mübarizə aparacaq. Beynəlxalq turniri idarə edəcək hakimlər briqadası Qazaxıstan, İran və Türkiyədən dəvət olunub. 3 gün davam edəcək yarışlar saat 16:00-da başlayacaq.
Qeyd edək ki, "Master Cup” beynəlxalq turnirinin ümumi mükafat fondu 9500 avrodur.